Meksika paytaxtının hava limanın "Volaris" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində naməlum əşya aşkar edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə hava limanın rəsmi nümayəndəsi Santyaqo Arquelyo bildirib.

Onun sözlərinə görə, San-Antonio - Mexiko reysini həyata keçirən təyyarənin göyərtəsində naməlum əşyanın tapılması səbəbindən sərnişinlər təxliyə edilib.

Rəsmi nümayəndə, əşyanın təhlükəli olub-olmaması barədə məlumat verməyib.

"Volaris" aviaşirkəti hələki insidenti şərh etməyib.

Milli.Az