Prezident İlham Əliyev T.T.Salahovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Teymur oğlu Salahov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin".

Milli.Az