“Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda Lənkəranda tədbir keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Lənkəran şəhəri Həzi Aslanov adına 3 saylı tam orta məktəbində maarifləndirici tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, “Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) əməkdaşı Ramin Hüccətov, Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icmasının sədri Eyvaz Mirişov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) əməkdaşı Ramin Hüccətov çıxışında gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini qeyd edib. R.Hüccətov ölkəmizdə mənəvi dəyərlərimizin qorunması və inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətləri barədə danışıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov çıxışında Azərbaycançılıq ideologiyası və onun tərkib hissələri olan mənəvi dəyərlərimiz, milli kimlik şüurumuz, vətən, millət anlayışları haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Azərbaycançılıq ideologiyası və onun mahiyyəti haqqında məlumat verərək, bildirib ki, bu ideologiyanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qoyulub və bu gün də xalqımız bu ideologiya ətrafında sıx birləşib. E.Həmidli milli-mənəvi dəyərlərimiz olan dilimiz, dinimiz və s. haqqında, eləcə də ölkəmizdəki mükəmməl dövlət-din münasibətləri haqqında tədbir iştirakçılarına məlumat verib Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR