Ağdaş şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçirilir.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, konfransda Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev və Milli Məclisin deputatı Məzahir Əfəndiyev, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.