Xəbər verdiyimiz kimi, Ağdaşda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçirilir. Hazırda tədbir panel çıxışları ilə davam etdirilir.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov İslam dininin əsas mahiyyəti haqqında konfrans iştirakçılarına məlumat verib.

Keçirilən tədbir çərçivəsində "Azərbaycan birgəyaşayış nümunəsi kimi: tarixi ənənələr və müasir çağırışlar" və "Məzhəbçilik əminində radikallaşma: risklər və mübarizə yolları" mövzuları üzrə panel müzakirələrin təşkili və eyni zamanda, konfrans çərçivəsində din xadimləri üçün təlimin keçirilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, təşkil olunan regional konfrans hazırda konfransda Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev və Milli Məclisin deputatı Məzahir Əfəndiyev, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.