2027-ci ildə müqəddəs Ramazan ayının 8 fevral tarixində başlaması gözlənilir.
Metbuat.az xəbər verir ki, ilkin hesablamalara görə, müsəlmanlar fevralın 8-dən etibarən Ramazan orucunu tutmağa başlayacaqlar. Müqəddəs ayın təxminən 30 gün davam edəcəyi və 9 mart 2027-ci ildə başa çatacağı gözlənilir.
Ramazan ayının başlama və başa çatma tarixləri ayın görünməsindən asılı olaraq bəzi ölkələrdə bir gün fərqlənə bilər. Buna görə də dəqiq tarixlər müvafiq dini qurumların açıqlamalarından sonra təsdiqlənəcək.
Ramazan ayının başa çatması ilə Fitr bayramı qeyd olunacaq.