Azərbaycanın Avropadakı diaspor rəhbərinin əmlakı qarət olunub

Azərbaycanın Avropadakı diaspor rəhbərinin əmlakı qarət olunub
17:27 13 Yanvar 2015
160 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 17:22 ]

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın Avropadakı diaspor təşkilatlarından birinin rəhbərnin əmlakı qarət olunub.

Bunu APA-ya açıqlamasında Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birinci vitse-prezidenti Elsəvər Məmmədov özü bildirib.

 

O qeyd edib ki, onun Niderlandın Rotterdam şəhərindəki şirkətinə məxsus avtobuslar naməlum şəxslər tərəfindən qarət olunub, avtobusların nömrələri də açılaraq aparılıb. E. Məmmədov həmçinin qeyd edib ki, bir müddət əvvəl isə BAK-ın şəhərdəki ofisi də talanıb.

 

Diaspor rəhbəri deyir ki, son günlər Avropada, ümumiyyətlə, miqrantlara qarşı istər mülki şəxslər, istərsə də polislər tərəfindən aqressiya artıb: “Parisdə baş verən terrordan sonra bu daha da güclü formada hiss olunur. Artıq burada miqrantlara hücumlar, kriminal hadisələr xarakterik hal almağa başlayıb”.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368926

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR