Bakı, 28 Aprel, AZƏRTAC
İnternet nəhəngi Google bir sıra Avropa qəzetləri ilə onlara İnternetdə daha çox gəlir əldə etmək imkanı yaradacaq müqavilə imzalayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Google reklamın inkişafı və yeni proqram əlavələrinin hazırlanması ilə bağlı rəqəmsal layihələrə 160 milyon dollar investisiya yatıracağını vəd edib.
Bəzi naşirlər Google-ın pulsuz informasiya kontentinin yerləşdirməsindən narazıdırlar. Onlar hesab edirlər ki, bu praktika qəzetlərin və reklam agentliklərinin gəlirlərinin azalmasına gətirib çıxarır.
Google-ın yeni layihəsini artıq Financial Times, Guardian, El Pais və Die Zeit kimi nəşrlər dəstəkləyib.