“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi

“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
13:08 10 Dekabr 2018
77 Digər
Ölkə mətbuatı
A- A+

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, kitabın elmi redaktoru və ön sözün müəllifi Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Tədbiri açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov dekabrın 12-də anım günü olan ümummili lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.

U.Ələkbərov əsası Ulu öndər tərəfindən qoyulan enerji siyasətinin uğurlarını qeyd edərək kitabın Xəzər dənizinin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.

Kitabın rəyçilərindən olan millət vəkili, professor Elman Nəsirov kitabın çox mühüm bir məsələyə həsr olunduğunu bildirib. Onun sözlərinə görə kitabın ən mühüm əhəmiyyəti ondadır ki, oxucuya çox vacib tezislər və ismarıclar verir. E.Nəsirovun sözlərinə görə, bugünki dünyada dövlətin gücünü enerji mənbələrinə və enerji infrastrukturuna malik olması müəyyən edir: “Kitabda çox maraqlı təhlillərdən biri də enerji ixracı məsələsində Azərbaycanın Rusiya ilə rəqib olacağına dair ermənipərəst dairələrin yaratdığı ajiotaja cavab verilir, faktlarla izah edilir”.

E.Nəsirov elmi-ictimai mühitdə aktual olan tədqiqat əsərinin əhəmiyyətini də vurğulayıb.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov Xəzər rejionunun enerji resursları üstündə müxtəlif güclərin hər zamn mübarizə apardıqlarını vurğulayıb. Xəzərin statusu ilə bağlı illərlə danışıqlar aparıldığını qeyd edən S.Novruzov kitabın çox önəmli məsələlərə aydınlıq gətirdiyini bildirib: “Ulu öndərin uğurlu neft müqavilələri imzaladı. Bununla həm enerji resurslarının, həm də ölkənin təhlükəsizliyi təmin edildi. Həmin dövrdə müxtəlif marşrutlar təklif edilirdi. Ancaq Ulu öndər ən doğru marşrutları seçdi – Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan xətləri çəkildi. Artıq Xəzər sülh dənizinə çevrilib, kitabda bu məsələlərdən bəhs olunur. Türkiyə Prezidenti Turqut Özal deyirdi ki, Türkiyə xoşbəxtdir ki, onun nefti yoxdur. Ancaq enerji resurslarından düzgün istifadə olumaması bəzi xalqlara bəla gətitir. Bu gün enerjidən gələn gəlir həm ölkənin təhlükəsizliyinə, həm də əhalinin rifah halına xidmət edir. Kitab çox uğurlu kitabdır. Mən arzu edirəm ki, onun davamı gəlsin”.

Milli Məclisin komitəs sədri, akademik Ziyad Səmədzadə ölkəmizin iqtisadi müstəqilliyinin bilavasitə enerji siyasəti ilə bağlı olduğunu bildirib: “Əsrin müqaviləsini bağlayanda bizim valyuta ehtiyatımız çox az idi, indi isə 45 milyard dollardır. Heydər Əliyevin nüfuzu, danışıqlarda prinsipial mövqeyi bizim enerji siyasətimizdəki uğurların əsasını təşkil edir. 1980-ci illərin sonunda Xəzərin enerji təhlükəsizliyi Akademik Abel Aqanbekyana həvalə olunmuşdu. Mən Moskvada onun hazırladığı proqramla tanış oldum. Orda təkcə qeyd olunurdu ki, Bakıda yalnız neftayırma zavodları var. “Əsrin müqaviləsi”nin imzalanmasına bir neçə gün qalmış İngiltərəyə nota göndərilmişdi ki, sizin nə ixtiyarınız var Xəzərin Azərbaycan sektorunun enerji resurslarından danışırsınız?”

Z.Səmədzadə neftdən asılılığı “boş söhbət” adlandırıb, qeyd edib ki, Neft Fondundan büdcəyə transfertin həcmi o qədər də çox deyil: “Mən həmişə deyirəm ki, Ulu öndəır olmasaydı, Azərbaycanın bu uğurları da olmayacaqdı”.

Azərbaycan Televiziyasının proqram direktoru, fəlsəfə elmləri doktoru Rövşən Məmmədov bildirib ki, monoqrafiyanın maraqlı olmasını şərtləndirıən ən mühüm amilin mövzunun maraqlı olması, onun faktlarla zənginliyidir: “Xəzər şelfinin enerji resursları Xəzər hövzəsi ölkələrinə trilyonlarla gəlir gətirə bilər. Xəzərin hüquq statusuna dair razılığın əldə olunmasında Azərbayycanın xüsusi payı var. Prezident İlham Əliyev dəfələrlə deyib ki, biz Xəzəri dostluq-qardaşlıq dənizinə çevirmək istəyirik. Xəzər hövzəsi ölkələri arasında ən kiçiyi Azərbaycandır. Ancaq bu hövzədə Azərbaycan qədər böyük layihələr həyata keçirən yoxdur. Monoqrafiyanın ən böyük üstünlüyü ondadır ki, burada təkcə siyasi deyil, iqtisadi problemlərin də əksini tapması, bu problemlərdən çıxış yollarının tapılmasıdır”.

R.Məmmədov kitabın digər dillərə tərcümə edilməsinin önəmini vurğulayıb.

BP-Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli də kitabın kifayət qədər aktual məsələyə həsr edildiyini vurğulayıb: “Dünyanın təsdiq olunmuş neft ehtiyatlarını 46,7, qaz ehtiyatlarının isə 17,8 faizi Xəzər hövzəsinin payına düşür. Enerji təhlükəsizliyi sözü son vaxtlar trendə çevrilib. Ancaq Azərbaycanla Türkiyənin enerji təhlükəsizliyi eyni ola bilməz. BTC haqında çox danışılıb. Soruşanda isə BTC nə deməıkdir. Dərhal cavab verilir ki, Bakıda başlayır, Tbilisidən keçir, Ceyhanda yekunlaşır. Ancaq reallıqda BTC Bakıdan deyil, səngəçaldan başlayır, Tbilisədn deyil, Qardabanidən keçir və yekunlaşdığı yer coğrafi olaraq Ceyhan deyil. Həmin dövrdə BTC adını Bill Klinton Heydər Əliyevlə telefon söhbəti zamanı təklif etmişdi. Burada məqsəd həmin dövrdə yeni yaradılan enerji koridorunun dünyaya tanıdılması idi. Bundan sonra digər layihələr Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilis-Qars kimi yeni layihələr inşa edildi”.

Kitabın digər bir rəyçisi, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə bildirdi ki, R.Qonaqov onun tələbəsi olub və öz üzərində səylə işləməyi sevən bir ictimai xadimdir: “Kitabda nəzəri hissə ilə praktik hissə bir-biri ilə vəhdət təşkil edir. Rufiz Qonaqovun kitabında insan faktoru qırmızı xətlə keçir. Xəzər nefti olmasaydı, 1941-45-ci il müharibəsi qazanıla bilərdimi? Tələbəm olduğu üçün dissertasiyanı daha diqqətlə oxudum. Mən bu işin opponent oldum, çatışmayan cəhətləri də dedim. Kitab dissertasiyadan fərqli bir variantdadır. Mən akademiyanı, Rufiz Qonaqovu və kitabın elmi redaktoru hörmətli Əli Həsənovu təbrik edirəm”.

Kitabın rəyçilərindən olan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov qeyd edib ki, müəllifin ictimai-siyasi proseslərlə yaxınlığı və statistik məlumatlarla işləmək bacarığı kitabın uğurunun əsasını təşkil edən faktorlardandır:

“Müəllif kitabda tarixi faktlardan məharətlə yararlanıb, sistemlilik gözlənilib. 2018-ci ilin avqustundda imzalanan konvensiya ilə bağlı məsələlərə geniş yer ayrılıb. Kitab Xəzər reginunun enerji resurslarını və təhlükəsizliyini öyrənmək üçün qiymətli mənbədir”.

Sonda çıxış edən Rufiz Qonaqov ali təhsil aldığı akademiyada olmaqdan məmnunluğunu və həyəcanlı olduğunu bildirib:

“Biz ən qısa zamanda çalışacağıq ki, kitabı rus və ingilis dillərinə də tərcümə edib çap etdirək və onu dünya kitabxanalarına göndərək. Mən hörmətli professor Əli Həsənova öz minətdarlığımı bildirirəm ki, o, işinin çoxluğuna rəğmən vaxt taparaq kitabın elmi redaktoru oldu. Digər rəyçilərə, bütün çıxış edənlərə, səfirlərə minnətdarlığımı bildirəm. Mən etimadı doğrultmağa çalışdım və Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalandığı 2018-ci ildə bu kitabı sizə təqdim edirəm”.

Akademiyanın rektoru Urxan Ələkbərov sonda bütün iştirakçılara təşəkkürünü bildirdib. Kitabın başqa dillərə dərc olunamasını gözlədiklərini vurğulayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/262609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR