Mehriban Xanlarova:”Qadın tək qalanda deyirlər ki...”

Mehriban Xanlarova:”Qadın tək qalanda deyirlər ki...”


Bu sözləri əməkdar artist Mehriban Xanlarova çəkildiyi “Təhminə və Zaur” serialı haqda danışarkən deyib: “Mən Təhminəni günahkar görmürəm. Qadın həmişə tək qalanda onun ünvanına çox şey deyirlər. Adına min cür söz çıxardılar. Bəzən görürəm, bəzi qadınlar başlayırlar bir qadını qınamağa. Həmən xanımlara demək istəyirəm ki, siz özünüzdə bir xanımsınız və kiminsə anası, bacısısınız. Bir xanım kimi kimisə qınamağa haqqınız yoxdur”. Qeyd edək ki, Mehriban Xanlarova serialda “Aliyə” obrazını canlandırır. Xatırladaq ki, “Təhminə və Zaur” serialı həftəiçi hər gün 21:00-da ATV telekanalında yayımlanır.

Sevinc Kərimova/METBUAT.AZ

"El bizim, sirr bizim" verilişində mübahisə - "Dolma bükən arvadlar"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR