Ona qarşı iki maddə ilə ittiham irəli sürülüb

Bakıda həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürən Ramiz Taxveli barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az "report"-a istinadən bildirir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

İstintaq orqanı tərəfindən R.Taxveliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib. Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R.Taxveli saxlanılıb. Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.

Milli.Az