İsveçrədə ağır yol qəzası: 1 nəfər ölüb, 40 nəfər yaralanıb

İsveçrədə ağır yol qəzası: 1 nəfər ölüb, 40 nəfər yaralanıb
13:12 16 Dekabr 2018
39 Dünya
Ölkə mətbuatı
A- A+

İsveçrənin Sürix kantonunda baş verən yol qəzası nəticəsində azı 1 nəfər ölüb, 40 nəfərdən çox xəsarət alan var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polis "Twitter" sosial şəbəkəsində yazıb.

Avtobus İtaliyanın Genuya şəhərindən Almaniyanın Düsseldorf şəhəri istiqamətində hərəkət edirmiş. Hadisənin baş vermə səbəbi məlum deyil. Hadisə yerində xilasedicilər iş görür.

Həkimlər xəsarət alan 3 nəfərin vəziyyətini ağır olaraq qiymətləndirir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/712957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR