Millimizin üzvü Portuqaliya klubuna qələbə qazandırdı

Millimizin üzvü Portuqaliya klubuna qələbə qazandırdı
19:17 16 Dekabr 2018
65 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya Sequndasında XIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun forma getindiyi "Eştoril" "Farense"ni qəbul edib. 
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Renat Dadaşovun 87-ci dəqiqədə vurduğu qol komandasına vacib qələbə qazandırıb. Gənc hücumçu bundan əvvəl, 68-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 26-ya çatdıran "Eştoril" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/millimizin-uzvu-portuqaliya-klubuna-qelebe-qazandirdi/

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR