Azəbaycanlılar xaricdə bu il 1 mlrd. dollardan çox pul xərcləyib

Azəbaycanlılar xaricdə bu il 1 mlrd. dollardan çox pul xərcləyib
14:12 17 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

2018-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı turizm xidmәtlәrinin dövriyyәsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artaraq 4,6 mlrd. dollar tәşkil edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında turizm xidmәtlәri üzrә profisit ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8% artaraq 370,3 mln. dollar (2017-ci ilin müvafiq dövründә 331,2 mln. dollar) tәşkil edir (2018-ci ilin yanvar-sentyabr ayları әrzindә Azәrbaycana gәlәn xarici vәtәndaşların sayı 6% artıb).

Öz növbәsindә xarici ölkәlәr tәrәfindәn Azәrbaycan rezidentlәrinә turizmlә bağlı göstәrilәn xidmәtlәrin dәyәri 1,3 mlrd. dollar mәblәğindә olub. Bunun 79%-i Azәrbaycan vәtәndaşlarının şәxsi sәfәrlәri ilә bağlı xarici ölkәlәrdә olarkәn sәrf etdiklәri vәsaitlәrin (mәkik idxal üçün vәsaitlәr istisna olmaqla) payına düşür. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/713237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR