Bakı şəhərinin Xəzər rayonunda ağır yol qəzası baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 18-də saat 18 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Elvin Əliyev idarə etdiyi “BMW” markalı avtomobili yolun hərəkət hissəsində dayanmış Bakı şəhər sakini Sevda Mürsəlliyə məxsus “BMW” markalı avtomobilə arxadan vurub. Nəticədə hər iki sürücü və sərnişinləri xəstəxanaya yerləşdiriliblər. E.Əliyev orada ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb.