Bazarlarda qiymətlər qalxdı (VİDEO)

Bazarlarda qiymətlər qalxdı (VİDEO)
01:16 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Paytaxt bazarlarında mövsümü qiymət artımı müşahidə olunur. Ölkədə benzinin bahalaşmasının kənd təsərrüfatı mallarına bir təsirinin olub-olmamasını aydınlaşdırmaq üçün üz tutduq paytaxtın bazarlarına.

Görəsən, bəzi işbazlar bunu fürsət bilib qiymətləri qaldırmayıblar ki? Məlum oldu ki, bazarlarda sadəcə bir balaca mövsümi bahalaşma müşahidə olunmaqdadır. Misal üçün, tərəvəz satan satıcılar deyir ki, pomidor və xiyarın qiyməti bahadır. Bu səbəbdən alver də çox zəifdir.

Satıcı Natiq Həşirovun sözlərinə görə, o, pomidoru topdan satış mərkəzlərindən 1 manat 80 qəpikdən alır: “Amma satanda onun 2 manata sata bilmirik. Pomidoru alan yoxdur. Alış-veriş çox zəifdir, həddindən artıq zəifdir. Hazırda 36 kilo pomidor, 40 kilo da xiyar almışam. İki gündür ki, onları satıb qutara bilməmişəm”.

Alış-verişin zəif olduğunu alıcı azlığı da sübut edirdi. Ya soyuğu görüb çölə çıxanlar az idi, ya da sadəcə qiymətləri münasib bilmədiklərindən bazarlara üz tutanlar. Elə ona görə də bir alıcı tapıb fikirlərini öyrənə bilmədik. Gördüklərimiz də müsahibə vermək istəmədi.

Alış-verişin yaxşı olmadığını giley edən satıcılarla yanaşı qiymətlərin ucuzlaşdığını deyənlər də var idi.

“Ötən ilə nisbətən bu il qiymət aşağadır. Ötən ildə alış-veriş yaxşıydı. Məhz ona görə qiymətlər baha idi. Bi il alış-veriş azaldığından qiymətlər də nisbətən enir” – deyə satıcı Məhəmməd Kərimov bildirdi.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qoyun ətinin, yumurtanın, buğdanın kələmin, kartofun alma-armudun, qozun istehsal qiyməti bahalaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və quş ətinin (diri çəkidə) istehsal qiyməti isə əksinə ucuzlaşıb.

Ekspertlər isə deyir ki, kənd təsərrüfatı mallarında olan qiymət bahalığı mövsümü xarakter daşıyır. Qış mövsümü olduğundan yay məhsüllarının qiyməti bu səbəbdən yüksək olur.

Buna baxmayaraq, ekspertlər benzinin qiymətinin qalxmasının bilavasitə bazarlarda da kənd təsərrüfatı mallarına neqativ təsir göstərəcəyi qənaətindədirlər. Belə davam edəcəyi təqdirdə eskpertlər qiymətlərin yüksəkləcəyini də istisna etmirlər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=23&nid=319531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR