Bakı. Trend:

Balakən rayonunun Hənifə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 24-də saat 16 radələrində Balakən rayonunun Hənifə kəndi ərazisində kənd sakini Aydın Keçiliyevin idarə etdiyi “UAZ-3962” markalı avtomobillə Kortala kənd sakini Məhəmməd Osmanovun idarə etdiyi “M” markalı motosiklet toqquşub.

Nəticədə M.Osmanov hadisə yerində ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin