Bakı. Trend:

Dekabrın 25-də İmişli rayonunun Otuziki kəndindəki bazarda naməlum şəxs Biləsuvar rayon sakini olan bir nəfərin əlindəki 945 manatı soyğunçuluq yolu ilə alıb.

DİN-dən Trend-ə verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Əfqan Əzizov saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin