Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zirehli texnikaların döyüş hazırlığını yoxlayıb.Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri hərbi hissədəki şəraitlə tanış olaraq hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb və döyüş tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.Milli.Az