"Qarabağda vəziyyətin gərginləşməsi mütləq baş verəcək" -

"Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi mütləq, nə zamansa baş verəcək. Lakin bunun nə zaman baş verəcəyini dəqiq olaraq proqnozlaşdırmaq çətindir".

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin bildirib.

Onun sözlərinə görə, bu həm xarici, həm daxili olmaqla müxtəlif amillərdən asılıdır. Buna görə vəziyyətin gərginləşməsi çox tez baş verə bilər.

Rusiya və Ermənistandakı bir sıra ekspertlərin bildirdiyi kimi, erməni-rus müasibətlərində böhranın hökm sürdüyü barədə sualı cavablandırarkən Xramçixin deyib ki, bu münasibət ölçülü böhran dönəmini yaşayır.

"Daha pis ola bilər deyə, bu böhranı dəf etməyə bütün imkanlar mövcuddur. Eyni zamanda Yeni il bayramı münasibətilə Kreml tərəfindən Robert Köçəryanın təbrik edilməsi Rusiyanın Ermənistandakı yeni rəhbərliyinə müəyyən bir ölçüdə işarədir.

Bakı üçün Ermənistanda hər şeyin qaydasında olmaması əlverişlidir. Lakin həqiqi müharibənin başlaması üçün bir sıra şeylər nizama salınmalıdır. Belə ki, Azərbaycan növbəti dəfə məğlub olmağa yol verə bilməz. O, ciddi və ümumiyyətlə məğlubiyyətə yol verə bilməz. Bu səbəbdən Bakıda son qərar qəbul etmək üçün çox ciddi düşünəcəklər", - deyə Xramçixin qeyd edib.

"Ehtimal edilən münaqişəyə tərəflərin güc bərabərliyinin dəyişməsi təsir edə bilərmi?" deyə verilən sualı, ekspert belə cavablandırıb: "Böyük ehtimalla bu, o zaman (aprel döyüşləri-red) təcrübə idi. Ancaq onlar əldə edilənlərlə kifayətlənməyəcəklər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR