Bakı-Ələt-Gürcüstan yolunda rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində qəzalar zamanı yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır aparılır.

Bu barədə Metbuat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

A.Nəcəfli bildirib ki, sürücülərdən yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakıda kişi şirkətin ofisini dağıtdı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR