Bakıda kişi şirkətin ofisini dağıtdı, maşının şüşələrini sındırdı

Paytaxtın Səbail rayonu, Rəşid Behbudov küçəsi 55 ünvanında bir kişi asayişi pozub.

Metbuat.az-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, o, əvvəlcə qara rəngli maşının şüşələrini qırıb.

Şahidlərin hadisə yerindən çəkdiyi videodan da göründüyü kimi, kişi daha sonra “Unicapital” şirkətinin şüşələrini sındırıb.

Məsələ ilə əlaqədar Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsindən bildirilib ki, bir nəfərin “Volkswagen” markalı maşının şüşələrini sındırması və asayişi pozması barədə məlumat daxil olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bu günə olan HAVA PROQNOZU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR