Səudiyyə Ərəbistanının “Əl-Şəbab” komandası “Roma”nın futbolçusu Leandro Paredesi heyətinə qatmaq istəyir.
Metbuat.az xəbər verir ki, “Əl-Şəbab”ın yeni baş məşqçisi Fatih Terim Leandro Paredesin transferiylə bağlı təlimat verib. Məlumata görə, "Qalatasaray" futbolçunu transfer etmək istəsə də, reallaşdıra bilməyib.
Qeyd edək ki, Fatih Terim “Əl-Şəbab”la ilk oyununu "Damac" klubu ilə oynayıb. Yoldaşlıq oyununda “Əl-Şəbab” 4-1 hesabə ilə qələbə qazanıb.