Azərbaycan XİN ABŞ-dəki terror aktını qınadı

ABŞ-nin Yeni Orlean şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.

Metbuat.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki hesabındakı paylaşımda yer alıb.

Düşüncələrimiz və dualarımız qurbanlar və ailələri ilədir. Terrorçuluğunbütün hərəkətlərini, üsullarını, tətbiqlərini bütün forma və təzahürləri lə qeyd-şərtsiz pisləyirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı