​Ermənistanın milli qəhrəmanı Azərbaycana görə SAXLANILDI

Bu gün Ermənistannın milli qəhrəmanı, general-mayor Tiran Xaçatryan həbs edilib.

Metbuat.az erməni mətbuatına istinadən xəbər verir ki, Baş Qərargah rəisinin keçmiş birinci müavininə Azərbaycan orsunun Qarabağda 44 günlük müharibədə qələbəsinə görə ittihamlar irəli sürülüb.

Generalın vəkili Varazdat Arutyunyan bildirib ki, Tiran Xaçatryanın həbs olunması ilə bağlı məhkəməyə vəsatət verilib.

Xatırladaq ki, Xaçatryana milli qəhrəman adını 2020-ci ilin oktyabrında, müharibənin ən qızğın vaxtında Baş nazir Nikol Paşinyan verib.

Lakin general 2021-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb.

Buna səbəb Xaçatryanın Paşinyanın “İsgəndər” raketləri ilə bağlı bəyanatını ələ salması olub.

Daha sonradan general müxalifətə qoşulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı