Böyük Britaniya öz vətəndaşlarına Hindistan-Pakistan sərhədinə səyahət etməmələri barədə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi açıqlama verib. Açıqlamada Cammu və Kəşmirə səyahət etməmək tövsiyə edilib.

Qeyd edək ki, Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Pahalqam rayonunda silahlı şəxslər turistlərə atəş açıb, 26 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb. Hücumdan sonra Pakistan və Hindistan arasında gərginlik artıb. İki ölkə bəzi tədbirlər həyata keçirib. Terror aktından sonra Hindistanın baş naziri Narendra Modi Səudiyyə Ərəbistanına rəsmi səfərini yarımçıq dayandıraraq Yeni Dehliyə qayıdıb. Modi paytaxta gəldikdən sonra yüksək səviyyəli rəsmilərin iştirakı ilə təhlükəsizlik iclası keçirib.