ABŞ, NATO və bir sıra Avropa ölkələrinin nümayəndələri Ukraynaya verilə biləcək təhlükəsizlik təminatları ilə bağlı danışıqlar aparıblar.
Metbuat.az xəbər verir ki, bildirilib ki, noyabrın 5-də Brüsseldə NATO-nun baş katibinin iqamətgahında ABŞ, Rusiya və Ukrayna arasında planlaşdırılan danışıqlara hazırlıq məqsədilə ikinci görüş keçirilib.
Görüşün əsas müzakirə mövzusu Ukraynanın təhlükəsizliyinə dair mümkün təminatlar olub.
Danışıqlarda ABŞ və NATO nümayəndələri ilə yanaşı, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna və Avropa Komissiyasının təmsilçiləri də iştirak ediblər. Görüşə adıçəkilən tərəflərin milli təhlükəsizlik üzrə müşavirləri qatılıblar.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.