Hindistan hökuməti Cammu və Kəşmirin Pahalqam rayonunda baş verən terror aktından sonra Pakistan vətəndaşları üçün viza xidmətlərinin dayandırıldığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi açıqlama verib. Açıqlamaya görə, həmçinin əvvəllər verilmiş bütün vizalar ləğv edilib. Bəyanatda Hindistan vətəndaşlarına Pakistana səyahət etməkdən çəkinmələri ilə bağlı xəbərdarlıq edilərkən, hazırda Pakistanda olan vətəndaşlara isə öz ölkələrinə qayıtmaları tövsiyə edilib.
Qeyd edək ki, Hindistanın nəzarətində olan Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması zamanı 26 nəfər ölüb, çox sayda insan yaralanıb.