Şəhid qardaşı şəhid bacısı ilə evləndi - VİDEO

Vətən müharibəsi şəhidi Daşqın Şəfiyevin qardaşı Orxan Şəfiyev ailə həyatı qurub.

Metbuat.az xəbər verir ki, Orxan Şəfiyev Vətən müharibəsində şəhid olan Ayxan Musayevin bacısı ilə evlənib.

Toy mərasimindən əvvəl cütlük hər iki şəhidin məzarını ziyarət edib.

Qeyd edək ki, Daşqın Şəfiyev 2020-ci il noyabrın 5-də Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı