"Fənərbaxça" komandasının baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinə rəhbərlik edə bilər.

Metbuat.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası mütəxəssisin yığmaya baş məşqçi təyinatında maraqlıdır.

Federasiya hesab edir ki, ölkə millisi 2026-cı il dünya çempionatına maksimal təminatla yanaşa bilər. Hazırda Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesdir.