"Hökumənin əlindən tutub təyyarəyə aparmışam" - ​Rəsmiyyə Əliyeva

Aktau yaxınlığında təyyarə qəzasında həlak olmuş Milli Qəhrəman Hökumə Əliyevanın Samux rayonunun Alıuşağı kəndində yas mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, təyyarə bələdçisi H.Əliyevanın yas mərasiminin 7-ci günündə iştirak edənlər arasında onun keçmiş həmkarları da olublar.

Onlardan biri Rəsmiyyə Əliyeva H.Əliyeva barədə xatirələrini bölüşüb. AZAL-ın əməkdaşı deyib: "Hökumə AZAL-a gələndə mən onun əlindən tutub təyyarəyə aparmışam. Təyyarə ilə tanış etmişəm. Qəza xəbərini eşidəndə çox məyus olduq".

Ətraflı Baku TV-nin süjetində:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı