Bu gün Olimpiya çempionu və tanınmış fiqurlu konkisürən Tatyana Navkanın 50 yaşı tamam olur.
Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov həyat yoldaşının "Şoudan da çox" adlı buz şousunda onunla birlikdə buz üzərinə çıxaraq rəqs edib.
Qeyd edək ki, Navka 1996-cı ildə məşqçi Aleksandr Julinlə ailə qurub. 2010-cu ildən Dmitri Peskovla birgədir. Cütlük 2015-ci ildə rəsmi nikaha daxil olub.