Ceyhun Yusifovun vəkillik fəaliyyəti bərpa edildi

Tanınmış vəkil Ceyhun Yusifovun vəkillik fəaliyyəti bərpa olunub.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikasının (AR) Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən qərar qəbul edilib.

Qərara əsasən, mayın 1-dən etibarən onun vəkillik fəaliyyəti bərpa olunacaq.

Qeyd edək ki, Ceyhun Yusifovun vəkillik fəaliyyəti Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə 1 il müddətinə dayandırılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı