Azərbaycan XİN Monteneqroya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Monteneqronun Çetinye şəhərində silahlı hücum nəticəsində insan tələfatı və yaralananlarla əlaqədar başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bununla bağlı XİN-in "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

"Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzulayırıq", - nazirlik qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı