Vaşinqton Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh müqaviləsinin bağlanması üçün iki ölkə ilə istənilən formatda qarşılıqlı fəaliyyətə hazırdır.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “Amerikanın səsi” radiosunun erməni xidmətinin sorğusuna cavabında qeyd olunub.
“ABŞ hökuməti Ermənistan və Azərbaycanın təhlükəsiz və firavan Cənubi Qafqaz üçün vacib olan uzunmüddətli və layiqli sülh razılaşmasına nail olmaq səylərini dəstəkləyir. Biz hər iki tərəflə onların razılaşa biləcəyi, irəliləyişin əldə olunağı istənilən formatda işləməyə hazırıq””, - ABŞ-nin xarici siyasət idarəsindən bildirilib.