Kartdan əlavə pul çıxılması bir çox istifadəçini narahat edən məsələlərdəndir. Bu, əsasən bankların müəyyən xidmətlər və əməliyyatlar üçün tətbiq etdiyi komissiya və xidmət haqları ilə bağlıdır.
Metbuat.az xəbər verir ki, kartdan karta köçürmələr zamanı komissiya tutula bilir. Əksər banklar digər bank kartlarına və ya müəyyən məbləğdən yuxarı köçürmələr üçün komissiya alır. Buna səbəb isə bankların bu tranzaksiyaları işləyərkən əlavə texniki və maliyyə yükü daşımasıdır. Nağdlaşdırma zamanı da əlavə ödəniş tutulur.
ATM və ya POS-terminaldan nağd pul çıxararkən, xüsusilə də digər bankın bankomatından istifadə edilirsə, əlavə komissiya tutulur.
Kart itəndə və ya zədələndikdə, yenidən buraxılması və ya təcili çatdırılması üçün bank xidmət haqqı alır. Çünki kartın istehsalı və çatdırılması logistik xərc tələb edir.
Xarici saytlarda və ya ölkələrdə aparılan ödənişlərdə konvertasiya və beynəlxalq əməliyyat haqqı tutulur. Bunun səbəbi valyuta çevrilməsi və beynəlxalq maliyyə şəbəkəsi üzrə xərclərdir.
"Azpulmat" və "Manato" tətbiqləri isə ödəniş etdikdə borcun məbləğinə uyğun olaraq komissiya tutur.
Ülkər Abdurahmanlı / Metbuat.az