Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-nın Donetsk-Qorlovka yolunda avtomobilə zərbə endirməsi nəticəsində “İzvestiya” nəşrinin ştatdankənar müxbiri Aleksandr Martemyanov ölüb, daha beş KİV əməkdaşı yaralanıb.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, jurnalistlərin olduğu mülki avtomobil təmas xəttindən uzaqda yerləşib.