Olmonu heyətə sala bilməyən "Barselona" bu ulduz futbolçuya elçi düşdü

Maliyyə çətinlikləri ilə üzləşən "Barselona" "Tottenhem"lə müqaviləsi başa çatmaq üzrə olan Son Heung-mini transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, Dani Olmonu qeydiyyatdan keçirə bilməyən klub, transfer işlərini davam etdirir. “El Nacional” xəbər verir ki, Cənubi Koreya millisinin oyunçusunun müqaviləsi mövsümün sonunda başa çatacağına görə, o sərbəst olaraq, klublarla danışıqlar apara bilər. Futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacağıan görə, "Tottenhem" müəyyən gəlir əldə etmək üçün onun mövsümün fasiləsində getməsinə razılıq verə bilər. Bildirilir ki, "Tottenhem" futbolçu ilə danışıqlar aparıb. Klub onunla müqavilənin bir illik uzadılması bəndini də işə sala bilər, lakin hələlik heç bir sənəd imzalanmayıb.

Qeyd edək ki, Son Heung-min "Tottenhem"də 431 matçda 169 qola və 90 məhsuldar ötürməyə imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı