"Fənərbaxça" klubunu çalışdıran Joze Mourinyo "Milan" klubunda işləyə bilər.
Metbuat.az xəbər verir ki, Mourinyo "Milan" klubunun nümayəndələri ilə danışıqlar aparıb. Mourinyo bildirib ki, o mövsümün fasiləsində iş yerini dəyişmək istəmir. O, mövsümün sonunda "Milan" klubunda işləməyə razılıq verib.
Qeyd edək ki, "Fənərbaxça" çempionatda uğurlu oyun nümayiş etdirə bilmir. Joze Mourinyonun "Fənərbaxça"dakı işi tənqid edilir.