"Roma" klubunun futbolçusu Paulo Dibala "Qalatasaray"ın təklifini qəbul etməyib.
Metbuat.az xəbər verir ki, futbolçu İtaliya komandasında qalacaq. Futbolçu "Roma" ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatmaq istəyir.
Qeyd edək ki, Paulo Dibala bu mövsüm "Roma"nın heyətində 20 oyunda 5 qola və 2 məhsuldar ötürməyə imza atıb.