Yaponiya hökuməti düşmənin radarları və əlaqə vasitələrini sıradan çıxaracaq xüsusi zərbə qurğuları hazırlamaq niyyətindədir.Milli.Az Axar.az-a istinadən xəbər verir ki, yeni hazırlanan qurğuların Yaponiya ordusunun arsenalında olan nəqliyyat və patrul təyyarələrinə quraşdırılması nəzərdə tutulub.Həmçinin Yaponiyanın elektron müharibə üçün qurğularının artıq mövcud olduğu bildirilir:"İndiyə qədər olan qurğular müdafiə xarakteri daşıyırdı. Bunlardan biri düşmənin atdığı ballistik raketin sistemini sıradan çıxara biləcək yeni sistemlərdir. Hazırkı fəaliyyətdə əsas məqsəd Rusiya və Çinin elektron müharibə aparılması üçün artan imkanlarına qarşı müqavimətdir".Milli.Az