Sevgilisi tərəfindən şiddətə məruz qalan model bu haqda danışıb

Dünyaca məşhur model Estefania Pereiranın açıqlaması izləyicilərini qəzəbləndirib.

Metbuat.az xəbər verir ki, model bədənində göyərmiş və yara izləri olan şəkillərini “İnstagram” hesabından izləyənləri ilə paylaşıb.

Şəkillərdə görünən yara izlərinə model açıqlama gətirərək bildirib ki, sevgilisi tərəfindən şiddət və işgəncələrə məruz qalıb.

“24 yaşımdan 26 yaşıma kimi təcavüzə məruz qaldım. Həyatımın ən dəhşətli 2 ili idi. Özümü ölü kimi hiss edirdim, amma indi həyatımı fərqli görürəm, özümü daha çox qiymətləndirirəm. İndi yaşayıram, özümü sevir və hörmət edirəm. Bir bir şeyə icazə verməyin, icazə verilən hər şey təkrarlanır. Bunu dərk etdim və qurtuldum".


Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR