Oğuz, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Oğuz Olimpiya İdman Kompleksində voleybol üzrə respublika birinciliyinin zona mərhələsinə yekun vurulub.
Yarışlar ilk Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində keçirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən zona yarışında Şəki-Zaqatala bölgəsi və ətraf rayonları təmsil edən 10 komanda mübarizə aparıb. Yekun nəticələrə əsasən, Balakən rayonunun komandası zona yarışının qalibi adını qazanıb. Sonrakı yerləri Oğuz və Şəki rayonlarının komandaları tutub. Qalib komandalara Təhsil Nazirliyinin medal və diplomları təqdim olunub.
Oğuzda voleybol üzrə respublika birinciliyinin zona mərhələsinə yekun vurulub