Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Mənbiç şəhərində 5-i amerikalı əsgər olmaqla, 27 nəfərin ölümüylə nəticələnən terror aktına münasibət bildirib.
Metbuat.az-ın Türkiyə mənbələrinə istinadən məlumatına görə, o, xorvatiyalı həmkarı Kolinda Qrabar-Kitaroviçlə təşkil olunmuş birgə mətbuat konfransında qeyd edib ki, bəzi qüvvələr amerikalı hərbçilərin bölgədən çıxmasını istəmir.
Güman etmək olar ki, belə addımlarla Vaşinqtonu Suriyadan çıxmasına dair fikrindən daşındırmaq istəyirlər.
Sübhan / METBUAT.az