Ukrayna Rusiya ilə müharibədə hərbi qələbə qazana bilməyəcək.
Metbuat.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto ölkə Senatında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Ukrayna ilə Rusiya arasında hərbi güc və resurslar baxımından böyük fərq var.
“Ukrayna müharibədə qalib gələ bilməz və heç vaxt qalib gələ bilməyəcək. Ukrayna sağ qalmağa çalışır”, – Krozetto vurğulayıb.