20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

18 yanvar 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, anım tədbirində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən, şəhidlərimizin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda apardığı mübarizəsindən danışılıb.

20 Yanvar faciəsinin unudulmayacağı, vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin daim yaşayacağı vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR