Kerç boğazındakı yanğında ölənlərin sayı 11-ə çatıb

Qara dənizin şimalındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə baş verən yanğın zamanı ölənlərin sayı 11 nəfərə çatıb.

Metbuat.az "Ria Novosti"yə istinadən xəbər verir ki, yanğın zamanı 12 nəfər xilas edilib. Hazırda boğulan 3 dənizçinin axtarışları davam edir.

İlkin məlumatlara görə, hər iki gəminin göyərtəsində ümumilikdə 31 nəfər olub ki, onlardan da 16-sı Türkiyə vətəndaşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR