Ulduz falı -

Qoç – təlaşlı, effektivliyi az olan gündür.

Yerinizdə olun, suallara cavab verin. Yaşanan olayları reaksiyasız qoymayın. Ehtiyac yaranarsa, təcili tədbirlərə əl atın. Heç nəyi mürəkkəbləşdirməyin.

Aktiv olun, çoxlu hərəkət edin. Səfər və ya səyahət çətinliklə əldə edilən nəticə verən bilər. Məmurlarla ünsiyyətdə mövqe və fikrinizi çatdırın. Onlar sizi anlamaq istəməyəcəklər.

Axşam saatlarında intellektual istirahəti seçin. Xəbərlərdən başınız ağrıya bilər. Yeni təəssüratlara olan ehtiyac böyükdür.

Buğa – gündəmdə duran planların reallaşması üçün yaxşı gündür. İşlərdə ləngimələrin baş verməməsi üçün bütün detalları fikirləşin. Əvvəl mümkün nəticələri düşünün, sonra yekun qərar verin. Eyni vaxtda bir neçə işlə məşğul olmayın. Uzunmüddətli, yetərincə dayanıqlı faydaya hesablanmış işə başlayın.

Sənədləşdirmədə diqqətli olun, mühüm detalları nəzərdən qaçırmayın.

Şəxsi münasibətlər üçün neytral gündür. Əlahiddə gözləntilər və planlar mənasızdır.

Ev işləri və məişət qayğılarını ailə üzvlərinizlə bölüşün.

Əkizlər – ideyalar və faydalı fikirlər çoxdur. İşin təşkilatı, diqqətin konsentrasiyası ilə bağlı problemlər ola bilər.

Həddən artıq işlə məşğul olmayın. Yaşamın adət etdiyiniz ritmini qoruyun. Yeni işə başlamaq sizdən böyük səylər tələb edəcək.

Problemlərin həlli, səhvlər və yanlışlıqların olduğu situasiyanın çözülməsinə ehtiyac var. Detalları dəqiqləşdirərək müzakirə edin. Kollektivdəki qarşılıqlı münasibətlərə cəlb olunubsunuz. Həyəcanlarınız ətrafınızdakı adamlar arasında yeni fiqurla bağlı ola bilər.

Nigaranlıq səbəbsiz deyil.

Xərçəng – hər şey istədiyiniz kimi alınmır. Mühitin müqaviməti sizdə tənbəllik və ətalət yaratmasın. Bir işi seçərək onu başa çatdırın. Nəticədən həzz aldığınızı hiss edənədək işləyin. Mühafizəkar mövqe, inad və qətiyyət, xırdalıqlarla təfərrüatlara ciddi fikir verilməsi irəliləyişinizi şərtləndirməklə yanaşı, nüfuzlu adamın dəstəyini qazanmağınıza yardım edəcək.

Şübhə doğuran məsələlərə aldanmayın. Vədlərə inanmayın. Məşğul olduğunuz işi genişləndirin.

Stressi alış-verişlə sakitləşdirməyə çalışmayın.

Axşam saatlarında xoş söhbət fikrinizi dağıdacaq.

Şir – məsuliyyətli, cari hadisələrdə seçim etməyinizi istəyən gündür. Nüanslara, xəbərlərə, qəfil görüşlərə və mühüm məsələlərə olan reaksiyanıza fikir verin. Prioritetlər dəyişir. Bu gün yeni seçim edə bilərsiniz. Bütün istiqamətlərdə eyni vaxtda fəaliyyət göstərməyə tələsməyin. Bir qədər fasilə edin. Çətin olmayan, ikinci dərəcəli işləri görərək rahatlaşın.

Neytral maraqlar və emosiyalar məsləhətdir.

Axşam saatlarında bir qədər istirahət edin. Sevdiyiniz işlə məşğul olun. Yaxşı anladığınız insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.

Qız – effektiv gün deyil. Konkret nəticələr gözlədiyiniz işlər planlaşdırmayın.

Ünsiyyətdə, məlumatlar əldə etməkdə özünüzü saxlamayın.

Təmaslar perspektivlidir, bir şərtlə ki, boş söhbətlərə vaxt sərf etməyin.

Ətrafınızda olan insanlarla məsləhətləşin, müxtəlif mövzuları müzakirə edin.

Əsas maraqlarınızın olduğu yerdə nizam yaratmağa çalışın.

Şəxsi münsibətlər üçün neytral gündür. Sözlər çoxdur. Axşam saatları daha rahat ortam tələb edir.

Tərəzi – ikinci dərəcəli işlərlə baş qatmayın. Ən mühüm olan işi seçin, bütün resursları həmin problemin həllinə yönəldin. Retroqadlıq etsəniz, gəlirləriniz azala bilər. Sürətlənmək asan deyil. Etibar etdiyiniz tərəfdaşlarla birlikdə ahəstə şəkildə irəliləyin, risk etməyin. İşləri vaxtından əvvəl başa vurmağa tələsməyin. Bütün bunlar əsla gözləmədiyiniz nəticələrə səbəb ola bilər.

Rəğbət bəslədiyiniz insanlarla təmaslar pis alınmır. Gələcək planlarla bahəm, indiki sevinclərlə yaşayın. Yaşamın daha maraqlı olmasına can atın.

Əqrəb – gərginlik bir qədər azalır. Bir qədər nəfəs alın, əldə etdiyiniz mövqelərdə möhkəmlənin. Cari işləri tələsmədən araşdırın. Qarşınızda duran məsələləri, tərəfdaşların təkliflərini və planlarınızı dəyərləndirin.

Önəmli işlə ikinci dərəcəli məsələləri seçin.

Emosional söhbətlərə qatılmasanız da, toplantılarla danışıqlarda iştirak edin. Peşəkarlığınızın nümayişindən çəkinməyin. Münasibətlərdəki maliyyə ünsürlərinə xüsusi fikir verin.

Axşam saatlarında istirahət edin.

Təmirə başlamaq olar.

Oxatan – bəzi hadisələr dayanır, bəziləri sürətlənir. Yaxın gələcəklə bağlı planlarda dəyişikliklər etməyə zərurət yaranır. Görüşlər və münasibətlərlə əməkdaşlığın perspektivlərin aydınlaşdırılması, işin bölüşdürülməsi, birgə planlaşdırma üçün əlverişli zamandır.

İnformasiyalar rəqabət mübarizəsinin kəskinləşməsindən xəbər verir.

İstənilən işdə yaxşı düşünün, hadisələrin müxtəlif inkişaf variantlarını nəzərdən keçirin. Aldığınız məlumatları sistemləşdirin. Yeni planların reallaşdırılmasına başlamaq üçün əlverişli zamandır.

Axşam saatlarında aktiv istirahət edin.

Oğlaq – kreativ bacarıqlarınız yüksək səviyyədə olmalıdır. Yeni layihə və ya işə başlamaq üçün əlverişli gün deyil.

Təxirəsalınmaz problemlər sizi yardım aramağa vadar edəcək.

Gərəkli və dəqiq həllərdən, detalların cilalanmasından və indi sizin üçün mühüm olan məqamların işlənməsindən diqqətinizin yayınmaması üçün təkbaşına çalışın. Aldığınız informasiyaları təhlil edin, rəqiblərin təcrübəsini araşdırın. Əvvəllər reallaşdıra bilmədiyiniz planları həyata keçirməyə çalışın.

Axşam saatlarında gəzintiyə çıxın. Normal istirahət edin.

Dolça – şərtlər təbəddülatlıdır. Bir tərəfdən sizi maraqlandıran məsələlərdə yeni ünsürlər peyda olur. Digər tərəfdən məhdudiyyətlərin sərt çərçivələrini hiss edirsiniz. Çərçivələr işdə rəhbərliyin tapşırıqları və ya yaxınlarınız qarşısında öhdəlikləriniz ola bilər.

Prioritet saydığınız işi seçin və onun perspektivlərinə mümkün qədər çox dəqiqlik gətirin.

Dəyişikliklər, təkliflər və dəvətlər çox olacaq. Seçimdə yanılmayın.

Sizi maraqlandıran məlumatları əldə edin, görüş və danışıqlarla bağlı əvvəlcədən razılaşma əldə edin.

Balıqlar – təcili, təxirəsalınmaz işlər və kiçik qayğıların sayı artır. Günün fonu rahat, görüşlər və ünsiyyət isə məzmunludur. Yaşam və fəaliyyət areallarında qayda yaradın. Prosesləri sistemləşdirin, təşkilati tədbirlərə əl atın.

Bəzi cari problemləri həll etmək, mübahisəli məsələləri çözmək, anlaşmaya nail olmaq mümkündür.

Yaxın ətrafınızdakı insanların ambisiyalarını və maddi maraqlarını qulaqardına vurmayın.

Axşam saatlarında yaşam arealını qaydaya salınması, təmir və ya maraqlandığınız işlərlə məşğul ola bilərsiniz.

Yaxınlarınıza yardım effektiv olacaq. Ailə üzvlərinizdən birinin qarşısında yeni perspektivlər yaranır. / Milli.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR