Röya xalq artistləri haqda nələr dedi?

Röya xalq artistləri haqda nələr dedi?
11:16 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Röya Ayxan Bakıda keçiriləcək İlk Avropa Oyunlarının avarçəkmə üzrə səfiri seçilib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı bu idman növü ilə bağlı heç bir məlumatı olmadığını bildirib:

“Səfir seçilsəm də, avarçəkmədən xəbərim yoxdur. Deyirlər, su ilə bağlı idman növüdür. Mən isə sudan çox qorxuram. Bağlarımda hovuzların hamısı 150 metrdir. Boyum isə 165 santimetrdir. Suya girəndə dibə batmıram. İşlərimin çoxluğundan vaxtım az olur. Amma çalışacam, bu işə vaxt ayırım. Bu, dövlətimizlə bağlı bir hadisədir. Çox önəmlidir. İşim nə qədər çox olsa da, mən hər şeyi çatdırmağı bacarıram”.

“Xəyanət” klipini bəyənmədiyini deyən Röya gözəl aktrisalıq bacarığının olduğunu vurğulayıb:

“Klipdə gözlərimdən su gəlirdi. Lələklərdən allergiya olmuşdum. Aktrisa kimi klipdə özümü göstərə bilmədim. Halbuki, mənim gözəl aktrisalıq bacarığım var. Hətta allergiyaya görə çəkilişlərin bir neçəsini təxirə saldıq”.

Motosiklet həvəsindən bəhs edən ifaçı “Ən böyüyünü sifariş etmişəm. Yaxın günlərdə gətirəcəklər”, - deyə bildirib.

Müğənni xalq artisti İlhamə Quliyevanın onunla duet oxumaq istəməsinə də münasibət bildirib:

“Çox xoşbəxt qadınam. Azərbaycandakı dəyərli, əfsanə olmuş insanlar mənim adımı çəkir. Mənsum İbrahimov bu yaxınlarda dedi ki, Röyaya qulaq asanda dincəlirəm. Brilliant Dadaşova kimi vasvası xanım mənimlə oxumaq istəyir. İlhamə Quliyeva da mənimlə duet ifa edəcəyini dedi. Adama nə lazımdır? Əgər gözəl bir mahnı olsa, niyə də oxumayım? Ən çox İlhamə xanımla ifa etmək istəyirəm”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR