Prezidentimizin Mehman Hüseynovla bağlı addımı bir daha göstərdi ki... - DEPUTAT

Prezidentimizin Mehman Hüseynovla bağlı addımı bir daha göstərdi ki... - DEPUTAT
11:23 22 Yanvar 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

“Mehman Hüseynov məsələsi bir daha göstərdi ki, hər bir Azərbaycan vətəndaşının hüquqları Prezident İlham Əliyev və dövlətimiz tərəfindən yüksək səviyyədə qorunur”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, statusundan, hüquq qarşısında öhdəliklərindən asılı olmayaraq hər bir vətəndaşın problemlərinin həlli diqqət mərkəzindədir:

“Düzdür, gənc məhbus Mehman Hüseynovun düşdüyü vəziyyətdən istifadə etmək, məsələni siyasiləşdirməyə, bundan Azərbaycana qarşı siyası təzyiq üçün istifadə etməyə çalışdılar. Lakin hərzamankı kimi onların planları puça çıxdı. Dünən Mehman Hüseynovun Prezidentə müraciət etməsi, Prezidentimizin isə yüksək humanistlik nümunəsi göstərərək məsələyə baxılması üçün hüquq-mühafizə orqanlarına tapşırıq verməsi, bir daha göstərdi ki, Azərbaycanda bütün məsələlər hüquqi müstəvidə həll edilir. Bu gün Mehman Hüseynovun işinə Baş Prokurorluq tərəfindən xitam verilməsi, onun yaxın zamanda azadlığa çıxacağı Azərbaycanın vətəndaşlarının problemlərini özü həll etmək iqtidarında olduğunu göstərir. Azərbaycanda istənilən məsələnin həlli üçün hüquqi mexanizm var, hər kəsin Konstitusiyanın ona verdiyi imkanlardan maksimum istifadə etmək imkanı var. Bir daha cənab Prezidentə humanist münasibəti, demokratik yanaşması üçün, özünün bildirdiyi kimi bütün azərbaycanlıların Prezidenti olduğuna görə vətəndaş kimi Ona təşəkkür edirəm”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/267023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR